71 yaşlı kişini it dişləyib.
Oxu.Az xəbər verir ki, hadisə Mingəçevir şəhərində baş verib.
Səhər saatlarında A.Məmmədov küçəsində şəhər sakini, 1948-ci il təvəllüdlü Bağırov Yolçu Xəlil oğluna it hücum çəkərək xəsarət yetirib.
O, sol qolundan və sağ əlindən ciddi yaralar alıb. Təcili olaraq xəstəxanaya yerləşdirilən kişinin vəziyyətinin stabil olduğu bildirilib.
Könül Cəfərli