Mingəçevir şəhərində yataqxanada yanğın baş verib.
Baku TV xəbər verir ki, yanğın zamanı beş min manat pul və qızıl-zinət əşyaları yanıb.
Hadisə Mingəçevirdə məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb. Şəhərin Naxçıvan küçəsi 31 ünvanında beşmərtəbəli binanın beşinci mərtəbəsində qəfil baş verən alovlanma tez bir zamanda ətrafı bürüyüb.
Alovun qarşısını almaq mümkün olmadığı üçün hadisə yerinə yanğın söndürənlər çağırılıb. Dörd avtomobil və canlı qüvvə binada baş verən yanğını söndürə bilib.
Hadisə zamanı ev sahibi Samir Kərimov azyaşlı övladlarını xilas etməyə nail ola bilib. Amma toy üçün saxlanan pul və qızıl-zinət əşyaları yanaraq yararsız hala düşüb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Mingəçevirdə beşmərtəbəli binada yanğın - VİDEO