Mingəçevir şəhərində vətəndaşa məxsus “Mitsubishi” markalı minik avtomobili yanıb.
Oxu.Az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının lambirdən ibarət üzlüyü də 1 kv.m sahədə yanıb.
Mağaza yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az