Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Minimum əməkhaqqı artımına büdcədən 450 milyon manat ayrılacaq
Azərbaycanda 700 min işçini əhatə edəcək minimum aylıq əməkhaqqı artımı üçün büdcədən 450 milyon manat ayrılması nəzərdə tutulub.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
O xatırladıb ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb:
“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir”.
Nazir müavini bildirib ki, yeni sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq:
“Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib
- Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Prezident İlham Əliyevdən Sabir İlyasovla bağlı SƏRƏNCAM
- Azərbaycan "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulur