Miqren üz və baş nahiyəsinin sinirinin həssaslığı ilə əlaqədar xroniki xəstəlikdir.
Oxu.Az-ın məlumatına görə, miqren soyuq, işıq, qoxu kimi xarici amillərdən qıcıqlanmaqla yanaşı, yuxu, aclıq, depressiya kimi hissi qıcıqlanmalarla də özünü büruzə verə bilir.
35-45 yaş arasındakı insanlarda miqren ağrıları daha şiddətli hiss olunur. Miqren xəstələrinin sinirləri olduqca həssasdır. Eyni zamanda, uşaqlarda da miqrenə rast gəlmək mümkündür.
10 il əvvələ kimi miqren xəstəliyi ilə mübarizə ağrıkəsicilər vasitəsilə ağrıları müvəqqəti dayandırmaq idi. Belə dərmanlardan biri 1989-cu ildə kəşf olunan “Botulinum toksin” xroniki miqren xəstələrində ağrısız günlərin sayını artırmaq məqsədi daşıyır.
Bioloji preparatlar texnologiyasının inkişafı nəticəsində keçmişdə müalicə edilə bilməyən bir çox xəstəlik artıq müalicə oluna bilir. Bunlardan biri də miqren dərmanı kimi bilinən “Erenumab” dərmanıdır. Bu, bioloji dərmandır.
İynə ilə bədənə vurulduğu üçün vaksin adlandırılıb. Yəni, vaksin deyil. Hələlik miqrenin tam müalicəsi mümkün deyil.
Dərman necə istifadə olunur?
“Erenumab” ABŞ-ın Farmakologiya Adminstrasiyası tərəfindən miqren önləyici və ya miqren profilaktikasında istifadə üçün təsdiq edilib. Bir ay ərzində 4-15 gün başağrısı olan xəstələr tərəfindən ayda bir dəfə iynə vasitəsilə qəbul edilir.
Üçüncü ayda bu preparatı qəbul etmiş xəstələrin 40 faizində miqren ağrılarını 50 faiz azaldığı müşahidə olunub. Bununla yanaşı, hər bir miqren xəstəsi üçün müalicə metodu onun həkimi tərəfindən müəyyənləşdirilir.
İlhamə Əbülfət
Rəylər