Tanınmış jurnalist Zöhrab Əmirxanlı sosial şəbəkədə tələbə yoldaşları ilə bağlı xatirələrini yazıb və hazırda ANS TV-nin vitse-prezidenti olan Mirşahinin də əks olunduğu gənclik fotosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, Modern.az-ın məlumatına görə, jurnalist xatirələrini belə bölüşüb:
“1982- ilin sentyabrı. Birinci kursda oxuyuruq. Dərsdən çıxandan sonra Filarmoniyanın bağında şəkil çəkdirdik - Mirşahin Ağayev, Etibar İbrahimov, 4 il sonra həyat yoldaşım olacaq və 3 il əvvəl Allahın alıb öz dərgahına aparacağı Mehriban, bir də mən...”.
