Keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsinə təyin edilib.
Modern.az xəbər verir ki, artıq Misir Mərdənovun adı AMEA-nın rəsmi saytında da Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi qeyd olunur.
Qeyd edək ki, Misir Mərdanov fizika-riyaziyyat elmləri doktoru, professordur.
M.Mərdanov 1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.
1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib.
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə Universitetin rektoru olub.
1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin