Dava nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanalara yerləşdiriliblər. İlkin məlumata görə, dava məişət münaqişəsi zəmnində baş verib.
Vesti.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, davada 20-dək insan iştirak edib: məlumata görə, dava ruslar və azərbaycanlılar arasında baş verib. Bu zaman hər iki tərəf soyuq və travmatik silahlardan istifadə ediblər.
Xəsarət alanların hamısı ruslardır. Məsələ ilə bağlı Rusiya CM-in 213-cü maddəsi (Xuliqanlıq) üzrə cinayət işi qaldırılıb.
Davadan sonra Tver vilayətindəki Azərbaycan diasporunun rəhbəri Yaqub Əliyev insidentlə bağlı polisə çağrılıb. “KP”nin xüsusi müxbiri ilə söhbətdə o bildirib ki, dava azərbaycanlının barın qarşısında təsadüfən rusun ayağını tapdalamasından sonra başlayıb. Həmyerlimiz üzr istəsə də, rus onu bağışlamayıb, bundan sonra hər kəs küçəyə çıxıb.
Y.Əliyevin sözlərinə görə, davada ondan çox rus və 4 azərbaycanlı iştirak ediblər.
“Azərbaycanlılar çox ciddi şəkildə döyülüblər, onlardan biri hələ indiyədək ayağa qalxa bilməyib. Onları döyməyib, öldürməyə çalışıblar” – deyə, o bildirib.
Y.Əliyev həmçinin münaqişənin millətlərarası xarakter daşımadığını qeyd edib.
“Bu, məişət zəmnində dava, xuliqanlıq idi” – deyə, o vurğulayıb.
www.vesti.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin