Azərbaycanlı model Cavidan Qurbanova dəhşətli qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Miss Azərbaycan 2014” öz Facebook səhifəsində yazıb.
Hadisə dünən Su İdmanı sarayının yaxınlığında Əhəd Yaqubov küçəsində baş verib. Ehtimal edilir ki, modelin idarə etdiyi “Nissan Micra” markalı avtomobil digər avtomobilə çırpılıb.
O qeyd edib ki, toqquşmaya 1 saniyə qalmış anası onu qucaqlayıb, zərbəni öz üzərinə alıb.
Qəza nəticəsində modelin özü yüngül xəsarət alsa da, onun anasının 3 qabırğası, qolu və burnu sınıb.
Elvin Əhmədov
www.oxu.az