Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Möcüzəli Naftalan" və "Sehirli Naftalan" sanatoriyalarında YOXLAMA: Rəhbərlik cərimə edilə bilər
"Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi" MMC və "Sehirli Naftalan" sanatoriyası barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
"Qaynarinfo"nun məlumatına görə, sözügedən istirahət mərkəzlərində Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb.
Bu zaman pozuntular aşkarlandığı üçün hər iki sanatoriya rəhbərliyi barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək cərimə edilirlər.
Hər iki işə 27 avqust 2024-cü il tarixində Naftalan Şəhər Məhkəməsində hakim Ayaz Səlimovun sədrliyi ilə baxılacaq.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sağlamlıq turizminin inkişafı məqsədilə xüsusi işçi qrup yaradılıb
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
- Səhiyyə Nazirliyi Füzuli şəhərində səyyar tibbi müayinələr təşkil edib
- Dövlət və hökumət rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər
- Teymur Musayev: "Saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət etmişik"
Rəylər