Səlahiyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün səhər saatlarında ölkəni tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya ABŞ-ın ölkəmizdəki səfirliyindən bildiriblər.
R.Morninqstar 2012-ci ildən 2014-cü ilə qədər ABŞ-ın Azərbaycandakı səfiri olub.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.