Bakıda intihar məqsədi ilə körpüyə çıxan Yusif Abbasov xilas edilib.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları intihar etmək istəyən 62 yaşlı Yusif Abbasovu xilas ediblər.
15:50
Bakıda intihar məqsədi ilə körpüyə çıxan 62 yaşlı Yusif Abbasov indi də özünü yandıracağını bildirib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Yusif Abbasov özünü yandırmaq üçün əlində benzin dolu qab götürüb.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, xilasedicilər, təcili tibbi yardım həkimləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onu fikrindən daşındırmaq üçün danışıqlar gedir.
Yusif Abbasov özünü maddi durumunun çox aşağı olması və baxımsız qalması səbəbindən öldürmək istədiyini bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, o, günahsız yerə 14 il həbsdə yatdığını və azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işinin yenilənməsinə etiraz olaraq bu addımı atdığını qeyd edib.
Y.Əmirov körpüyə qalxanda özü ilə benzin də götürüb.
15:25
Hazırda paytaxtn Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxan 62 yaşlı kişi özünü atmaq istəyir.
Oxu.Az MediaPost.az-a istinadən xəbər verir ki, əraziyə çoxlu sayda polis əməkdaşı gəlib.
Eyni zamanda yoldan keçən vətəndaşlar dayanaraq gənci intihar fikrindən daşındırmağa çalışırlar. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da əraziyə cəlb olunub. Hazırda intihar etmək istəyən şəxslə nazirliyin psixoloqları söhbət aparır.