Rusiyalı məşhur rep ifaçısı Timati “Ponti” adlı yeni repinə klip çəkdirmək qərarına gəlib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, videoda baş rolu müğənni Vera Brejneva canlandırır.
Timati çəkilişlərdən olan bəzi kadrları İnstagram səhifəsində paylaşıb. Bir müddət öncə ata olan Timati ötən günlərdə Vera ilə olan videonu paylaşaraq: “Qardaşlar, apardım Veranı” şərhini bildirib.
Hər zaman yüksək həyat tərzini nümayiş etdirən Timati bu klipində Rusiyada yaşayan və taksi sürücüsü işləyən Qafqaz millətindən olan şəxsi, Brejneva isə paytaxtda yaşayan dəbli xanımını canlandırıb.
Bu video-görüntü üçün Timati imicində əməlli-başlı dəyişikliklər etməli olub. İfaçı idman geyimi, rezin ayaqqabı geyinib, başına papaq qoyub dişlərini isə qızıl kimi göstərmək üçün üzərini qızılı falqa ilə örtüb.