Sabah Moskva meri Sergey Sobyanin Azərbaycana səfər edəcək.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə musavat.com-a daxil olan məlumatda bildirilir ki, Sobyaninin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri daha çox işgüzar xarakter daşıyır.
Bildirilir ki, Moskva merinin Bakıdakı görüşləri zamanı əsasən Azərbaycanda yetişdirilən meyvə-tərəvəzin, digər kənd təsərrüfatı mallarının Rusiyaya, daha dəqiqi, Moskvaya ixrac edilməsinə dair sazişlər bağlanacaq.
Qeyd edək ki, Ukraynaya hərbi təcavüz etməsinə görə Avropa ölkələrinin sanksiyasına məruz qalan Rusiya çətin günlər yaşayır və düşdüyü vəziyyətdən keçmiş SSRİ respublikalarının hesabına çıxmaq istəyir.
Sobyaninin səfəri onu göstərir ki, Rusiya ilə Avropa arasında konfrontasiya hələ uzun sürəcək.
Bundan başqa, Azərbaycanın sovet dönəmində olduğu kimi Rusiyanın meqapolislərini ərzaqla təmin etmək öhdəliyi götürməsi ölkəmizdə müvafiq qida məhsullarının bahalaşmasına səbəb olacaq.
Qeyd edək ki, artıq son bir neçə ayda Azərbaycandan meyvə-tərəvəzin Rusiyaya ixrac olunması nəticəsində yerli bazarda həmin mallara tələbat artıb və qiymət artımı müşahidə olunur.