Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Moskvada azərbaycanlı iki həmyerlisini bıçaqladı
Moskva polisi paytaxtın cənub-şərqində baş verən qanlı cinayətin təfərrüatlarını araşdırır.
Sözügedən yerdə azərbaycanlı öz həmyerli dostlarını bıçaqlayaraq özünü 13-cü mərtəbədən atıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, onun meyiti səhər saatlarında Yunıx Leninyev küçəsi, korpus 5, ev 51-in qarşısından tapılıb.
“İnterfaks” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə yerinə gələn müstəntiqlər müəyyən ediblər ki, 1971-ci il təvəllüdlü mərhum intihardan bir qədər əvvəl iki dostu ilə mübahisə edərək, onların hər ikisini bıçaqla vurub. Bundan sonra o, 13-cü mərtəbədəki mənzildən yanğın pilləkəninə çıxıb və onun eyvanından özünü aşağı atıb.
Yaralılar isə xəstəxanaya yerləşdirilib. Onlardan biri qarın boşluğundan, digəri isə boyun, döş və əl nahiyələrindən bıçaq xəsarətləri alıb.