Dünən Bakının Qaradağ rayonunda insan oğurluq hadisəsi baş verib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu gün səhər Qaradağ rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin əməliyyatçıları “isti izlərlə” adam oğurluğunda şübhəli bilinən iki şəxsi – 1978-ci il təvəllüdlü Abdullayev Ramin Ayaz oğlu və 1988-ci il təvəllüdlü Müseyibov Vəliyad Akif oğlunu saxlayıblar.
Məlumdur ki, gənc insanlar 1996-cı il təvəllüdlü Cəmilə Quliyevanı qaçırıblar.
Oğurluq Lökbatan qəsəbəsində, ərzaq mağazasının qarşısında baş verib. Qız mağazaya anası ilə gəlib və onu küçədə gözləyib. Bu zaman mağazaya yaxınlaşan Opel markalı avtomobildən düşən gənc insan qızı əllərinə götürərək maşına itələyib.
Təbii ki, qızının qışqırtı səslərinə bayıra çıxan ana ona kömək edə bilməyib. Qadın 11-ci polis bölməsinə gələrək hadisə barədə məlumat verib. Bildirilir ki, qız tibb kurslarını bitirib və tibb bacısı çalışır.
Quliyeva çox kövrək qızdır, bu səbəbdən, gənc insanların onu oğurlaması o qədər də çətin olmayıb.
Polislər həmin şəxsləri və qızları təxminən saat 04:00-də yaxalayıblar. Gənc insanlar oğurlanmış qızı Kürdəmir rayonuna aparırmışlar. Müseyibov qızı öz qohumlarının evində gizlətmək istəyirmiş. Səhər saat 6 radələrində əməliyyatçılar qızı geri qaytarıblar.
Bu arada müstəntiqlər hələlik saxlanılmış şəxslərin günahlarının dərəcəsini müəyyənləşdirməyiblər, çünki oğurlanmış şəxs anlaşılmaz ifadələr verir. Qız gah öz razılığı ilə qaçırıldığını, gah da məcburən qaçırıldığını deyir.
Əgər qızın öz iradəsinin əleyhinə olaraq qaçırıldığı məlum olarsa, saxlanılan şəxslər qanunun tam ciddiyyəti üzrə cəzalandırılacaqlar. AR CM-in 144-cü maddəsinə əsasən buna görə beş ildən 10 ilədək cəza nəzərdə tutulur.
Hazırda məsələ üzrə istintaq davam edir.