Moskvanın Krasnıy Zor küçəsində üç nəfər naməlum şəxs iki azərbaycanlıya hücum edib.
Bununla bağlı “İnterfax” məlumat yayıb.
“Hadisə yerli vaxtla dünən 18:30-da baş verib. Üç nəfər bıçaqla azərbaycanlılara hücum edərək, onlara xəsarət yetirib və hadisə yerindən qaçıblar”, - məlumatda bildirilib.
Hadisədə şübhəli bilinən şəxslərdən biri saxlanılıb. Onun Moskvada yaşayan Çeçenistan vətəndaşı olduğu bildirilir.
Faktla bağlı xuliqanlıq və sağlamlığa ağır xəsarət yetirmə maddələri ilə cinayət işi başlanılıb.