Ötən axşam Moskvanın cənub-qərbində güllələnən azərbaycanlı iş adamı olub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Ənvər Həsənovun maşınından külli miqdarda pul tapılıb. Məlumatda bildirilir ki, mərhumun başında və sinəsində güllə yaraları olub.
Meyitin tapıldığı maşına baxış keçirilib, güllə və külli miqdarda pul aşkarlanıb.
Xatırladaq ki, 51 yaşlı Ənvər Həsənovun meyiti Novomarinsk küçəsində avtomobilinin salonundan tapılıb.
12:45
Moskvada azərbaycanlı ölüdürülüb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, hadisə Moskvanın cənub-şərqində baş verib.
Ənvər Həsənovun güllələnmiş meyiti maşında Novomarinsk küçəsində, 38 nömrəli ev yaxınlığında tapılıb.
Moskva polisinin mətbuat xidməti ölüm faktını təsdiqləyib. Hadisə araşdırılacaq.
Hadisə yerində operativ qrup işləyir.
İlkin məlumatlara görə, kişi odlu silahdan baş və kürəyindən güllələnib.
Cinayətkarlar 52 yaşlı həmyerlimizi özünün “Mercedes” markalı avtomobilini idarə edərkən vurublar.