MST şirkətlər qrupu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda gedən döyüşlərdə ordumuza dəstək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım fonduna 30.000 manat vəsait ayırıb.
Şirkət rəhbərliyi bildirir ki, otuz ildən artıq bir müddətdə işğal altında olan ərazilərimizin amansız düşməndən təmizlənməsi istiqamətində fədakarcasına aparılan mübarizədə dövlətimizin yanındadır və gələcəkdə də hər formada ordumuza dəstəyini davam etdirəcək.
MST şirkətlər qrupunun kollektivi Vətən torpaqlarının azad edilməsi uğrunda vuruşan qəhrəman əsgərlərimizlə fəxr edir və Azərbaycan bayrağının Dağlıq Qarabağın bütün yaşayış məntqələrində dalğalanmasını səbrsizliklə gözləyir.