Milli Təhlükəsizlik Nazirliyi (MTN) terrorçu təşkilatların Azərbaycanı hədələməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.
Qeyd edək ki, “Meşə Qardaşları” və “Ceyşullah” terror təşkilatları sosial şəbəkələrdə Azərbaycanla bağlı bəyanat yayıb.
“Meşə Qardaşları” adından yayılmış bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib.
“Ceyşullah” (“Allahın Ordusu”) adlı təşkilatın adından yayımlanan bəyanatda isə sözügedən təşkilatın tezliklə Azərbaycanda cihad elan edəcəyi qeyd edilib.