Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi işdən azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə MTN-in İctimai Əlaqələr İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildiriblər.
Məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əmri ilə Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.
E.Ə.
www.oxu.az