Bakının Nardaran qəsəbəsində vəziyyət gərgin olaraq qalır.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə yerində çəkiliş aparan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) operatoru döyülüb, ona xəsarət yetirilib.
Bundan başqa, İTV-nin kamerası da sındırılıb.
Qeyd edək ki, bu gün polis Nardaranda əməliyyat keçirib. İki polis əməkdaşı həlak olub, cinayətkar dəstənin 4 üzvü öldürülüb. 14 nəfər saxlanılıb.
E.Ə.
www.oxu.az