ABŞ-lı model Chase Kennedy 1.29 metr uzunluğundakı ayaqlarına görə agentliklər tərəfindən qəbul edilmədiyini söyləyib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Kennedy ayaqlarının ona karyerasında mane olduğunu düşünür.
1.95 metr boyundakı Chase Kennedy ABŞ-ın ən uzun ayaqlı modeli olduğunu iddia edir.
22 yaşlı model hətta 1.25 metr uzunluğunda ayaqlara sahib olan Holly Burt-in rekordunu təzələyə bilər.
Kennedy ucaboylu olmağına baxmayaraq model agentlikləri tərəfindən qəbul edilmədiyini deyir.
Aytən Sadıqzadə
www.oxu.az