Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mübahisələrin həlli üçün göstərilən xidmətlərin - RÜSUMLARI
Baş nazir Novruz Məmmədov “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir:
Sıra №-si | Mübahisənin növü | Haqqın məbləği |
1. | Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə | 50 manat |
2. | Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə | 50 manat |
3. | İqtisadi mübahisələr üzrə |
|
3.1. | iddia qiyməti 500 manatadək olduqda | 20 manat |
3.2 | iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda | 40 manat |
3.3. | iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda | 60 manat |
3.4. | iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda | 100 manat |
3.5 | iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda | 200 manat |
3.6. | iddia qiyməti 50000 manatdan çox olduqda | 400 manat |
Bundan başqa, ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.
Bu qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.
Qeyd edək ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin, o cümlədən ailə münasibətlərindən irəli gələn mübahisələrin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı “Mediasiya haqqında” qanunla müəyyən olunan prosesdir.