Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mübarizi təhqir edən psixoloq: ermənilər düşmənim deyil - VİDEO
Özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə adlı xanım yəqin ki, məşhurlaşmaq naminə atdığı addımla azərbaycanlıların nifrətini öz üzərinə çəkib.
Oxu.Az-ın məlumatına görə, Nərmin Şahmarzadə milli qəhrəmanımız və qürur yerimiz olan Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırıb.
O, sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır:
“Bəlkə də öldürdüyü erməni əsgəri bütün proseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.
Bu da azmış kimi bu xanım ermənilərə xüsusi simpatiyasını əks etdirib. Sosial şəbəkələrdə onlarla yazışıb.
Sosial şəbəkələrdə təhqir və tənqidlə üzləşən Nərmin Şahmarzadə daha sonra video paylaşaraq, erməniləri özünə düşmən hesab etmədiyini söyləyib, və bununla da, izləyiciləri daha da qəzəbləndirib.
Sözsüz ki, sosial şəbəkələrdə öz millətinə qarşı ifadələr işlədən bu xanım düşmən dəyirmanına su tökdüyü üçün ermənilər tərəfindən rəğbətlə qarşılanacaq.
Rəylər