Müdafiə Nazirliyi müqavilə əsasında və müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib.
Oxu.Az nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan Azərbaycan vətəndaşları qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət etməlidirlər.
Əlavə məlumat üçün (012) 538-61-74 nömrəli telefona (həftənin bazar ertəsi-cümə günləri, saat 10:00-dan 12:00-dək və 16:00-dan 18.00-dək) müraciət oluna bilər.