MİQ üzrə test imtahanı mərhələsinin ilk gününün II seansına 4 626 namizəd dəvət olunub və 83% davamiyyət qeydə alınıb. Ümumilikdə 3 iyul tarixinə 9 201 nəfər dəvət edilib və test imtahanlarının I günü üzrə 81% davamiyyət qeydə alınıb.
Bu barədə Oxu.Az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-dan etibarən start veriləcək. Bu barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.
İyulun 3-dən etibarən 2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 65 572 namizədin iştirak edəcəyi test imtahanları 3, 4, 8-10 iyul tarixlərində ölkənin 19 şəhərində olmaqla 44 imtahan mərkəzində təşkil olunur.
Test imtahanı mərhələsinin ilk gününün birinci seansına 3 771 namizəd dəvət olunub. Ümumilikdə birinci seans üzrə 83% davamiyyət qeydə alınıb.
Həmçinin qeyd olunub ki, bu gün keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanı zamanı 325 namizədin iştirak etdiyi 5 imtahan mərkəzində internet bağlantısının təminatında fasilələr müşahidə olunub. Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə aradan qaldırılıb və itirilən vaxtın bərpası təmin edilib.
3 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-dan etibarən start veriləcək.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin keçiriləcəyi imtahan mərkəzlərinin siyahısı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
İmtahan mərkəzlərinin siyahısını təqdim edirik: