Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Murad Dadaşov: “İndi ifaçılar efirə çıxmaq üçün pul istəyirlər”
“İndi ifaçılar efirə çıxmaq üçün əksər hallarda bizdən pul tələb edirlər”.
“Report” xəbər verir ki, bunu “Xəzər” Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, televiziya kanalının əsas gəliri reytinqdəndir:
“Mən açıq deyirəm ki, əvvəllər ifaçılar efirə çıxmaq istəyəndə ödəniş təklif edirdilər, ancaq indi ifaçılar əksər hallarda bizdən pul tələb edirlər. Biz bilirik ki, telekanal olaraq maarifləndirməliyik. Amma ay sonu “Xəzər TV”nin 600-ə yaxın işçisinə maaş verməliyəm. Başa düşürəm ki, maarifləndirməliyik. Amma tələb olunan, insanların baxmaq istədiyi, təəssüf ki, bu deyil. Bəli, deyirəm ki, biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma sizi inandırıram ki, onlara heç kim baxmayacaq”.
"Murad Dadaşov" teqi üzrə xəbərlər
- Murad Dadaşov: "Artıq təkcə ağıllı, savadlı, bacarıqlı olmaq kifayət deyil"
- "CineMastercard" Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı parlaq şənlik təşkil etdi
- "CineMastercard" kinoteatrında "Paddinqton 3" Azərbaycan dilində!
- "Report"un direktoru: "Dezinformasiyaya qarşı mübarizədə jurnalistlərin peşəkarlığı əsas amildir"
- Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi