Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Musa Quliyev: “İnsanlar təhsil alırlar, sonra da diplomu ilə küçədə qalırlar”
“Azərbaycanda hamının ali təhsil alması dəb olub. İnsanlar ali təhsil alırlar, sonra da diplomu ilə qalırlar, öz ixtisasına uyğun iş tapa bilmirlər. Amma texniki peşə məktəbi var, insanlar gedib orada sənət öyrənə bilərlər”.
Bu sözləri Bizim.media-ya açıqlamasında Milli Məclisin üzvü Musa Quliyev insanların peşə təhsilinə yönlənməsinin vacibliyi ilə bağlı məsələdən danışarkən qeyd edib.
Deputatın sözlərinə görə peşə öyrənənlər öz sənətləri üzrə də işləyib yaşaya bilərlər:
“Başqa ölkələrdə ailə ənənələri var. Ailənin ulu babadan, nənədən gəlmə bir sənəti olur və o sənəti davam elətdirirlər. Məsələn, bir ailənin 100-200 illik paxlava bişirmək ənənəsi var, bir ailə dulusçuluq, misgərliklə məşğuldur. Yəni ailə ənənələrini biz də yaratmalı və yaşatmalıyıq. İnsanlarımız gənc yaşlarından əməyə və peşəyə öyrənməlidirlər. İnsan peşə seçiminə gənc yaşlarında yiyələnməlidir, orta məktəbdən bilməlidir ki, harada özünə uyğun iş tapa biləcək”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"