Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Fərəc Kərimlinin saxlandığını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin APA-ya bildirdiyinə görə, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb.
O.Mansurzadə onu da qeyd edib ki, F.Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.
Qeyd edək ki, F.Kərimli bu gün səhər saatlarında saxlanılıb.
G.Aslanlı APA-ya bildirib ki, Bayıl qəsəbəsində yaşayan F.Kərimli bu gün anasını müayinə etdirmək üçün Bakı Sağlamlıq Mərkəzinə gedərkən naməlum şəxslər tərəfindən həbs olunub.