Söhbətin davamı olaraq sizə bildiririk ki, http://oxu.az/economy/57327 saytında DELL Inspiron 3531 noutbukunun 359 manat qiyməti barədə xəbər yanlışdır. Doğru qiymət 299 manatdır və 20% endirimlə isə onu şəbəkəmizin istənilən mağazasından 239 manata almaq mümkündür.
Oxu.Az xəbər verir ki, bu barədə bizim redaksiyaya ünvanlanmış Music Gallery-nin maliyyə direktoru Aleksandr Dardalanın məktubunda bildirilib.
“Biz səhvimizi göstərdiyi üçün cənab İlqar Həsənova təşəkkür edirik və onu arzusunda olduğu DELL Inspiron 3531 noutbukunu 20% endirimlə 239 manata əldə etmək üçün mağazamıza dəvət edirik”, - məlumatda deyilir.