Müdafiə Nazirliyinin təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə “N” saylı hərbi hissəyə mediatur təşkil edilib.
Oxu.Az-ın məlumatına görə, iyunun 25-də baş tutan səfərdə hərbi hissədə yaradılan şəraitlə tanışlıq olub.
Hərbi hissədə şəhid övladları, əsgərlər və jurnalistlər birgə nahar ediblər.
Mediaturda şəxsi heyətin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraitinin yaxşılaşdırılması və sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə məlumatlar verilib.
Daha sonra fəxri qarovulun keçidi izlənilib.
Aqşin Kərimov
FOTO: Tapdıq Abdullayev