M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı 2014/2015-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə (bakalavr dərəcəsi, rus dili) qəbulu elan edir.
Oxu.Az xəbər verir ki, tələbə qəbulu aşağıdakı ixtisaslar üzrə aparılacaq:
- Filologiya fakültəsi: Filologiya (44.03.01.) - cəmi 30 plan yeri, onlardan: Rus filologiyası bölməsi - 10 plan yeri, Xarici filologiya bölməsi (fransız və ispan) - 20 plan yeri;
- Tətbiqi riyaziyyat fakültəsi: Riyaziyyat və kompüter elmləri (02.04.01.) - 25 plan yeri;
- Kimya fakültəsi: Kimya (04.04.01.) - 25 plan yeri;
- Psixologiya fakültəsi: Psixologiya (37.03.01.) - 25 plan yeri;
- İqtisadiyyat fakültəsi: İqtisadiyyat (38.03.01.) - 13 plan yeri;
Menecment (38.04.02.) - 12 plan yeri.
Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil pulsuzdur.
MDU-nun qəbul komissiyasının təşkil etdiyi qəbul imtahanlarında TQDK-nın test mtahanlarında 300 və daha çox bal toplamış abituriyentlər iştirak edə bilərlər.
Qəbul imtahanları aşağıdakı fənlər üzrə keçiriləcək:
1. Filologiya fakültəsi:
a) rus filologiyası: rus dili (yazılı), ədəbiyyat (yazılı), xarici dil (müsahibə)
b) xarici filologiya: rus dili (yazılı), ədəbiyyat (yazılı), xarici dil (yazılı)
2. Tətbiqi riyaziyyat fakültəsi:
rus dili (yazılı), riyaziyyat (yazılı), informatika və İKT (müsahibə)
2. Kimya fakültəsi:
rus dili (yazılı), riyaziyyat (yazılı), kimya (yazılı)
3. Psixologiya fakültəsi:
rus dili (yazılı), biologiya (yazılı), riyaziyyat (müsahibə)
4. İqtisadiyyat fakültəsi:
rus dili (yazılı), riyaziyyat (yazılı), xarici dil (yazılı).
Qəbul MDU-nun yaratdığı qəbul komissiyanın keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən aparılacaqdır.
Qəbul imtahanlarında iştirak etmək arzusunda olanlar qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. TQDK-da qəbul imtahanının birinci turunun nəticələri (şəxsi nömrə və şifrə)
2. Orta təhsil haqqında sənəd (attestat, əsli)
3. Şəxsiyyət vəsiqəsinin surəti ( sənədləri verəndə orijinalı təqdim olunur)
4. Gənc oğlanlar üçün orduya çağırış məntəqəsinə təhkim edilmək haqqında vəsiqə
5. 3x4 santimetr formatında 4 fotoşəkil
M.V.Lomonosov adına MDU-nun filialına müsabiqə yolu ilə keçə bilməyən abituriyentlər TQDK-nın başqa ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqəsində iştirak edə bilərlər.
Filialın təhsil fəaliyyəti M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir.
Məşğələlər əsasən M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır.
Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu veriləcəkdir.
Qəbul imtahanlarında iştirak etmək üçün sənədlər 2014-cü il iyulun 15-dən 28-nə qədər saat 10-dan 18-dək qəbul ediləcək.
Qəbul imtahanları 2014-cü il iyulun 29-dan avqustun 3-nə qədər keçiriləcək.
Ünvan: Bakı şəhəri, H.Cavid prospekti 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında).
Əlaqə telefonları: (+99412) 510 96 08, (+99412) 598 93 19.