Dünən Nabranda yerləşən eyni adlı istirahət mərkəzində dəhşətli faciə yaşanıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, günorta saatlarına “Nabran Holiday Village” adlı istirahət düşərgəsinin hovuzunu təmizləmək üçün nəzərdə tutulmuş sutəmizləyən nasos açıq qalıb.
Nəticədə qurğunun yaxınlığında olan 2 yaşlı İmran Cəfərov sutəmizləyənin təzyiqi ilə borunun içinə çəkilib.
Baş verən hadisə nəticəsində N.Cəfərovun həyatını xilas etmək mümkün olsa da, iki onurğa sümüyü sınıb. Eyni zamanda 2 yaşlı körpənin ayaqları tamamilə parçalanıb. İ.Cəfərov sağ ayağını tamamilə, sol ayağını isə topuqdan aşağı itirib.
www.oxu.az