Gələn il Azərbaycanda benzinin keyfiyyəti “Avro-4” standartı səviyyəsinə çatdırıla bilər.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 22 İyul - Milli Mətbuat Günü münasibətilə Dövlət Komitəsinin fəaliyyətinin işıqlandırılmasında fəallıq göstərən bir qrup mətbuat nümayəndəsi ilə görüşündə deyib.
R.Həsənov bildirib ki, Azərbaycanda “Avro-4” standartının tətbiqi 2015-ci ildə nəzərdə tutulsa da, bu, gələn il gerçəkləşə bilər.
Ramiz Həsənovun sözlərinə görə, mərhələ-mərhələ “Avro-3”, “Avro-4” və “Avro-5” standartlarına keçməliyik:
“Artıq biz məsələni belə qoymuşuq ki, nəzərdə tutulan qrafikdən qabaq – 2014-cü ildə “Avro-4” standartını tətbiq edək”.