Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nadir xəstəlikdən əziyyət çəkən körpə təcili əməliyyat olunmalıdır
Bir yaşlı Dənizin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Elşən Qədirov məlumat verib.
O bildirib ki, övladı anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir:
"Dəniz ötən ilin dekabr ayında dünyaya gəlib. Doğulandan sonra onda spina-bifida xəstəliyinin olduğunu öyrəndik. Doğulandan 4 ay sonra, yəni aprel ayında o, spina-bifidanın ləğvi əməliyyatı keçirdi. Amma Dəniz yenidən əməliyyat olunmalıdır, bunun üçün isə Türkiyəyə yollanmalıyıq. Orada üç gün ara ilə iki dəfə əməliyyat həyata keçiriləcək. Bunun üçün isə 20 000 dollara ehtiyacımız var. Həmin məbləğin cəmi 5 000 manatını toplaya bilsək də, qalan məbləği toplamağa imkanımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 829-35-38.
Kapital Bank: 4169 7388 3887 2194.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi ildən sonra doğulan Xəyal ölümlə mübarizə aparır
- 15 yaşlı Zəhranın yaşaması üçün dəstəyə ehtiyacı var: Anası yardım istəyir
- İki yaşlı Fatimənin anası: "O bizim yeganə övladımızdır, müalicə üçün dəstəyə ehtiyacımız var"
- On ildir övlad həsrəti çəkən ana yardım diləyir: "Onun həyatda qalmağı üçün dəstəyə ehtiyacımız var"
- Ağır yanıq xəsarətləri alan Fəridin anası: "Bint almağa da imkanımız yoxdur"
Rəylər