TRT-də təqdim olunan “Ramazan sevinci” adlı proqramın aparıcısı Serdar Tuncer canlı yayımda qonaq olan Mustafa Aşkarın işlətdiyi “namaz qılmayan heyvandır” sözlərinə görə Türkiyə xalqından üzr istəyib.
O, həmin ifadələrin qəbuledilməz olduğunu, buna görə sərt reaksiya göstərənlərin isə haqlı olduğunu bildirib.

“Canlı yayım olduğu üçün verilişə gələn qonaqların hansı sözlərdən istifadə edəcəyini əvvəlcədən bilmirik”, - deyə aparıcı sözlərinə əlavə edib.
Xatırladaq ki, ötən gün proqramda qonaq olan Mustafa Aşkar “Namazı heyvanlar qılmaz, namaz qılmayan heyvandır” deyib. Canlı yayımda deyilən bu sözlərə Diyanet İşleri Başkanlığından şərh gəlib və bu ifadələrin qəbul edilə bilinməyəcəyi vurğulanıb.
Aytən Sadıqzadə
www.oxu.az