Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı boşalıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə əsasən,artıq texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib, mərkəzi meydanda qurulmuş çadır sökülüb.
Sakinlər öz evlərinə dağılışıblar.
Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə edirlər.
17:05
Nardaranda meydanın boşaldılmasına qərar verildi.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Nardaran sakinləri günorta saatlarında Hüseyniyyə məscidində toplaşaraq apardıqları müzakirələrin sonunda qərar qəbul ediblər.
Nardaran sakinləri meydanı tam boşaltmağa, evlərə qayıtmağa qərar veriblər.