Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nardaran sakini: "Rusiyaya getdim, üç aydan sonra xəbər gəldi ki, anam 10 gündür qız alıb"
"O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Nardaran sakini Hacı Ağayar Əzimzadə olub.
Hacı Ağayar baba o illərdə anaların gəlin seçdiyini, gənclərin də bu qərara hörmətlə yanaşdığını bildirib.
"Anam dedi, istəyirəm, sənin üçün qız alım. Dedim, ana, elə qız al ki, sənə baxsın. Mən özüm cavanam, pulumu qazanıram. Rusiyaya getdim, üç aydan sonra xəbər gəldi ki, anam 10 gündür qız alıb. Dedim, anam kimi məsləhət bilibsə, deməli, doğrudur", - o söyləyib.
Nardaran sakini gənclik illərini xatırlayaraq o dövrdəki dəyərlərin daha yüksək olduğunu vurğulayıb:
"Qardaşın evinə pul gəlirdisə, bacı-qardaşına imkanı olmasa belə, yardım edərdi. İndi isə eləsi var, gizlicə atanın bağını satır, pulu da özünə saxlayır. Bizə haram yeməmək, dürüstlük və kömək etmək öyrədilirdi".
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olurdu"
- Onu tənqid edənləri heyran qoyan memar: Azərbaycanda da imzası olan Zaha Hadid
- Ucuzlaşma nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
- Rus dilini qorumaq adı altında Kremlin yeni planı - Xəbərlərin 20:00 buraxılışı
- Uşaqların suda boğulmasının səbəbkarı valideynlərdir?