Baku Business Center-də Nargis Nəşriyyat evinin Azərbaycan jurnalistləri üçün Açıq qapılar günü keçirilib.
Oxu.Az xəbər verir ki, mətbuat konfransı şəklində keçən təqdimatın məqsədi jurnalistlərin Nargis Nəşriyyatının layihləri ilə tanış etmək olub.
Nargis Nəşriyyat evinin nümayəndələri jurnalistikanın problemləri və ixtisas dərəcəsinin artırılması üsulları barədə açıq dialoq aparıblar.
Savadlı və perspektivli jurnalistlər üçün yeni imkanlar yaradaraq, Nargis Nəşriyyat evi layihələr üzərində iş prosesinə maksimal sayda media işçilərini cəlb etmək istəyir. Onların arasında mətbu orqanlar və onlayn-portalların təcrübəli əməkdaşları, həm də yazıları artıq çap və ya onlayn mətbu orqanlarda dərc olunan gənc müəlliflər iştirak edə bilərlər.
Layihənin məqsədi Azərbaycan və rusdilli jurnalistikanın ümumi səviyyəsinin yüksəldilməsidir.
İl ərzində Nargis Nəşriyyat evi müəlliflərlə əməkdaşlıq edəcək və onların fəaliyyətini izləyəcək. İlin yekunları üzrə beş jurnalist və publisistdən ibarət qrupun yaradılması planlaşdırılır. Onlar Azərbaycandan kənarda treninqlərdə iştirak edəcəklər.
Mətbuat konfransında media redaktorları, media əməkdaşları və müstəqil müəlliflər iştirak ediblər.
Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az