"156 nömrəli marşrut noyabrın 1-dən yeni daşıyıcı müasir avtobuslarla fəaliyyətə başlayacaq".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) açıqlama verilib.
"156 nömrəli marşrutda köhnə nəqliyyat vasitələrinin istismar olunması, müxtəlif zamanlarda qeydə alınan nöqsanlar və neqativ hallar nəzərə alınaraq sözügedən xətt müsabiqəyə çıxarılaraq yeni daşıyıcı müəyyən olunub. Artıq noyabrın 1-dən yeni daşıyıcı müasir avtobuslarla fəaliyyətə başlayacaq", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazid hərəkətlərinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Zaqatala rayon sakini Elvin Məmmədov "Daewoo" markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.
E.Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və o, 20 gün müddətində inzibati qaydada həbs olunub.
Sərnişinlərin həyatı üçün hər an təhlükə yarada biləcək hadisənin qarşısı vaxtında alınsa da, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək, onları bu sahədə daha kəsərli tədbirlər görməyə, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirlərini gücləndirməyə çağırır.