“Tusi-Bohm” planetariumu hər il olduğu kimi bu il də insann kosmosa ilk uçuş gününü özünəməxsus şəkildə qeyd edib.
Oxu.Az xəbər verir ki, aprelin 11-də saat 12:00-da başlanan tədbirdə Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladığı kosmotavtika, kosmos və səma cisimlərinə həsr olunmuş maket və robotlar üzrə müsabiqə keçirilib. Hər məktəbdən seçilmiş maket və robotlar “Park Bulvar” AVM-də təşkil olunmuş sərgidə paytaxt sakinləri və şəhərimizin qonaqlarına nümayiş etdirilib.
Builki tədbirin təşkilatçıları sırasına Azərbaycan Republikası Prezidenti yanında Elmin İnkişaf Fondu, Bakı Şəhər Təhsil İdarəsi, “National Geographic Azərbaycan”, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrfizika Rəsədxanası və “Azərkosmos” ASC də daxildir. İşritakçılara müxtəlif hədiyyələr, o cümlədən “National Geographic Azərbaycan” jurnalları hədiyyə edilib.
Xatırladaq ki, “Garant Media Holding” ilə “National Geographic” Cəmiyyəti arasında 2014-cü ilin mart ayında imzalanmış müqaviləyə əsasən, “National Geographic Azərbaycan” jurnalı 1 sentyabr 2014-cü ildən etibarən doğma dilimizdə nəşr edilərək oxuculara təqdim edilib.