Balaca oxucularımız “National Geographic Kids” jurnalının bu sayında ev heyvanlarının duyğu və hissləri, tülkü və itin sadiq dostluğu, basketbol oynayan siçovul və sörfinq edən keçi, heyvanların xilası barədə inanılmaz hekayələr, tarixdə ad qoymuş məşhur heyvanlar, o cümlədən Ağ Evin sevimli ev heyvanları barədə oxuyacaqlar.
Oxu.Az xəbər verir ki, əlavə olaraq, Ginnesin Rekordlar Kitabından insanı mat qoyan faktlar, məzəli heyvanların başına gələnlər, kosmosun “qara dəlik”ləri barədə hekayələr uşaqları çox heyrətləndirəcək. Əyləncəli guşə, şəkilli çaynvord və “Biliyinlə Qazan!” rubrikasının düşündürücü sualları onları yenə sınağa çəkəcək.
Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür. Qiyməti 3 manatdır. Azərbaycanın istənilən nöqtəsində istənilən ünvana çatdırılma pulsuzdur.
Abunə yazılmaq və əlavə məlumat almaq üçün (012) 563 56 25 (daxili nömrə 302) nömrəsinə zəng edin.
