Avtobuslarda yeni gediş kartlarına keçid ilə bağlı videoçarx çəkilib.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi əhalinin kart sisteminə keçidini sürətləndirmək üçün maarifləndirici videoçarx hazırlayıb.
“Yolkart” adlanan layihə çərçivəsində hazırlanan maarifləndirici videoçarxın çəkilişində “Natiq Ritm Qrupu” iştirak edib.
Avtobuslarda kartla ödəniş sisteminin təbliğatı ilə bağlı video sosial şəbəkələrdə marağa səbəb olduğunu, mövzunun aktuallığını nəzərə alaraq həmin videonu təqdim edirik.
Xatırladaq ki, “Yolkart”ın qiyməti 3 manatdır, burada 2 manat sığorta depozitidir, 1 manat isə balansa yüklənilir.
Elvin Əhmədov
www.oxu.az