Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə aparat rəhbəri təyin olunub. Bununla bağlı Komitənin sədri İlqar Sadıqov yeni əmr imzalayıb.
Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, əmrə əsasən, Turab Siyasət oğlu Əmirov aparat rəhbəri təyin edilib.
Bu gün Turab Siyasət oğlu Əmirov Komitə kollektivinə təqdim olunub.
Xatırladaq ki, T.Əmirov 2019-cu ildən etibarən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fəaliyyət göstərir. O, əvvəlcə aparıcı məsləhətçi, 2024-cü ildə sektor müdiri, 2025-ci ildə isə Maliyyə və təminat şöbəsinin müdiri vəzifələrində çalışıb.
Qeyd edək ki, Turab Əmirov ailəlidir, üç övladı var.
Məhərrəm Əliyev