Bakının Parlament prospekti, 8 ünvanında doqquz mərtəbəli binanın birinci qatında yerləşən “Naxçıvan” restoranında güclü yanğın başlayıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
Binada yaşayanlar ərazidən təxliyə olunub.
Hadisə şahidlərinin bildirdiyinə görə yanğın naməlum səbəbdən baş verib.
Alınan son məlumata görə yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.