Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO
Azərbaycan Respublikası Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Qeyd edək ki, NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə Naxçıvan Gənclik Mərkəzində baş tutan konfrans öz işinə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev açılış nitqi ilə çıxış edib və bununla da tədbirin rəsmi hissəsi başlayıb.
Rəsmi hissədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər Siyasəti və İdman Məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Qədir Xəlilov, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva və NAYORA-nın sədri Azər Əliyev çıxış edib. Onlar öz çıxışlarında bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etməsinin məhz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə vurğulayıblar. Həmçinin İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli Liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğu bildirilib.
Rəsmi hissə yekunlaşdıqdan sonra bədii hissədə Naxçıvan Dövlət Filarmoniyası Ulu Öndərə həsr olunmuş mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı gənclərin və tələbələrin rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, günün ikinci yarısı paralel panel müzakirələri ilə davam edib. Moderatorluğunu Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin mütəxəssisi Tural Məmmədzadənin etdiyi paneldə YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov, Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev, Böyük Qayıdış Gənclər Təşkilatının sədri Nail Şükürov, DAVAM Gənclər Hərəkatının sədri Nihad Allahyarlı spiker qismində iştirak ediblər. “Heydər Əliyev və Azərbaycan gəncliyinin təşkilatlanma prosesi” mövzusunda baş tutan panel interaktiv formatda keçirilib, iştirakçıların ünvanladıqları çox saylı suallar cavablandırılıb.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlının moderatoru olduğu “Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının gənc nəslin sosial-mənəvi inkişafına təsiri” mövzusunda keçirilən digər bir panelin spikerləri isə Azərbaycanlı Tələbə və Məzunlar Platformasının sədr müavini Rafael Hacıbəyli, “Naxçıvan” Universitetinin elm, innovasiya və beynəlxalq əlaqələr üzrə prorektoru, təhsilin idarəedilməsi, təftişi, planlanması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov, “Naxçıvan qaziləri” İctimai Birliyinin gənc üzvü Əli Əlisoy və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev olublar.
Panel müzakirələrindən sonra xatirə fotosu çəkilib və konfrans işini yekunlaşdırıb.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransın məqsədi Ulu Öndərin zəngin irsinin və həyat yolunun gənclər təşkilatları arasında təbliği, həmçinin gənclərin bu istiqamətdə məlumatlılığının artırılmasından ibarət olub.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"
Rəylər