Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində kanalda batan yeddi yaşlı Elmir Qurbanovla bağlı təfərrüat məlum olub.
Oxu.Az-ın məlumatına görə, mərhum Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinfində təhsil alıb.
Həmçinin onun atası dirijor Cahangir Qurbanovdur.
Qeyd edək ki, Cahangir Qurbanov Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Prezident mükafatçısıdır.

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində kanalda batan 7 yaşlı uşağın kimliyi və ölümünün təfərrüatı məlum olub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü Elmir Cahangir oğlu Qurbanov kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb.
Aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvanda 7-8 yaşlarında olduğu bildirilən uşaq kanalda boğulub.
Oxu.Az xəbər verir ki, hadisə Qaraxanbəyli kəndində baş verib.
İlkin məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının verdiyi məlumata görə, o, epilepsiya xəstəsi imiş.