Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin edilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Fariz Nəriman oğlu Bağırov Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin edilib.
Qeyd edək ki, Vasif Talıbovun 18 dekabr 2015-ci il tarixli fərmanı ilə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidməti yaradılıb və 18 dekabr 2015-ci il tarixli sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Naxçıvan MR milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov olub.
E.Ə.
www.oxu.az
Rəylər