Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlandı - FOTO
Naxçıvanda gömrük postunda güclü təsiredici dərman preparatları aşkarlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin kabinində gömrük nəzarətinə bəyan olunmayan, 10 həb “Tramadol 200”, 10 həb “Namadol-225mg”, ümumilikdə 20 həb güclü təsiredici dərman preparatı aşkarlanıb.
Qeyd olunub ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
"DGK" teqi üzrə xəbərlər
- Ötən ilin saxtaları: Yeddi milyon siqaret, yüz min litr energetik içki
- Generalın Astaraya təhkim etdiyi vəzifəli şəxs 44 minlik siqaret və digər məhsulları götürüb satdı
- 45 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR
- Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ
- Şahin Bağırov rəisləri işdən azad etdi
Rəylər